I Avropa Oyunlarının qızıl mükafatçısı İlham Zəkiyev AAAF Parkın qonağı oldu – FOTO + VİDEO

Bakıda keçirilən I Avropa Oyunlarında qızıl medal qazanan paracüdoçu İlham Zəkiyev bu gün AAAF Park Yaşayış Kompleksinin qonağı olub. O parkımızı gəzdikdən sonra AAAF TV –yə müsahibə də verib. Müsahibə zamanı İlham Zəkiyev Avropa Oyunlarında qazandığı uğurdan danışıb və bu oyunların əhəmiyyətindən söz açıb:

“Avropa Oyunları çox yüksək səviyyədə keçirildi. Mən buna görə Azərbaycan xalqını, başda cənab prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanı təbrik edirəm. Bu oyunlarda idmançılarımız böyük uğurlar əldə etdilər. Doğma azarkeşlər önündə mübarizə apardığmız üçün çox məsuliyyətli idik. Mənim final görüşümü cənab prezident İlham Əliyev də izlədi. Bu mənim məsuliyyətimi artırmaqla bərabər, gücümü də bir o qədər artırdı. Mənim həmin görüşdə uduzmaqa haqqım yox idi. Çox şükürlər olsun ki, mən həmin oyunda qalib oldum”.

İndi sizlərə İlham Zəkiyevdən aldığımız geniş video müsahibəni təqdim edirik :

SHARE