Haqqında

AAAF Park Yaşayış Kompleksi 2012-ci ildə “AAAF İnşaat” MMC tərəfindən tikintisinə başlanmış və uğurla həyata keçirilən böyük, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, təkrarolunmaz bir layihədir. Kompleksdə ilk öncə villalar, iki, üç, maksimum dörd mərtəbəli binaların tikilməsi nəzərdə tutulsa da, artan tələbat durumu dəyişdi. Artıq bura bir layihə səviyyəsini aşaraq futuristik ideyaları özündə cəmləşdirən həyat tsiklidir.

Dörd il ərzində tikilən və hazırda tikintisi davam edən yüzlərlə binada ümumilikdə 15 min ailənin yaşaması nəzərdə tutulub. Kiçik bir şəhərcik olacaq AAAF Park sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı məkandır. Çoxfunksiyalı infrastruktura malik Kompleks Azərbaycan tikinti sektorunda, həm də ümumən müasir şəhərsalmada bir brendə çevrilib. Təsadüfi deyil ki, «AAAF Park» “Consulting&Business” jurnalı tərəfindən hər il təqdim olunan “Company of the Year” milli mükafatının “Müasir şəhərsalmada ən uğurlu tikinti layihəsi” nominasiyası üzrə 2015-ci ilin yekunlarına görə qalibi olub.

Ailəniz üçün mükəmməl sayılacaq AAAF Parkda uşaq bağçası, lisey, tədris və tibb mərkəzi, uşaq-əyləncə mərkəzləri, müxtəlif restoran və kafelər, buz meydançası, 7D Cinema, Kartinq, brend mağazalar, mehmanxanalar, fitness və Spa mərkəzi, müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları keçmək üçün ən yüksək şəraitli məkanlar, ağır atletika, bədii gimnastika, cüdo zalları, futbol və tennis meydançaları, həmçinin böyük yarış zalı fəaliyyət göstərir.

AAAF Park bir həyat seçimidir.