Hündürlüksevərlərin bir nömrəli əyləncəsi – Günəş attraksionu AAAF Parkda yaz-yay mövsümünə keçidlə əlaqədar fəaliyyət intensivləşdirib. Şəhərə açılan mənzərəni izləmək bir çox yerlərdə baha başa gəlir. Lakin AAAF Parkda yerləşən “Günəş Çarxı” məhz sərfəli qiyməti ilə həm sakin, həm də qonaqları sevindirir. Hündürlüyü 35 m, hər biri 6 nəfərlik 20 kupedən ibarət olan “Günəş çarxı” sizin yolunuzu gözləyir!