Gülçin Əlizadə Avropa 4-cüsü oldu! – VİDEO

Bu gün Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı start götürdü. 21-29 noyabr tarixləri arasında keçiriləcək yarışda 37 ölkədən 314 (197 kişi və 117 qadın) idmançı medallar uğrunda mübarizə aparır.
Azərbaycan yığmasının heyətində körpücük üzərinə ilk olaraq “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi Gülçin Əlizadə çıxıb. O, 53 kq çəki dərəcəsində mübarizə aparıb.
Ötən il yeniyetmələr arasında Avropa çempionatının bürünc medalçısı olan Gülçin bu turnirə birdən qaldırma hərəkətində 75 kq nəticə ilə başlayıb. O, bu çəki ilə bu hərəkəti 4-cü yerdə bitirib.
Təkanla qaldırma hərəkətini 87 kq-la bitirən Əlizadə bu hərəkətdə də 4-cü olub.
17 yaşlı idmançımız toplamda 162 kq (75+87) nəticə ilə gənclər arasında Avropa çempionatını 4-cü yerdə başa vurub.

gulchin son

 

SHARE