Güləş üzrə 1-ci Zirvə Kuboku keçirildi

Sentyabrın 14-15-i tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə 1-ci Zirvə Kuboku keçirilib. Yarış açıq xarakter daşıyıb. Kubokda mübarizə iki yaş qrupu – 2005-07-ci və 2008-10-cu illər doğumlu güləşçilər arasında gedib. Yarışda Bakı, Xırdalan, Abşeron, Gəncə, Gpyçay, Bərdə, Qazax, İmişli, Masallı, Astara, Lənkəran, Xaçmaz, Zaqatala, Masazır, Qəbələ və digər regionları təmsil edən 20 idman cəmiyyətindən 370 idmançı çıxış edib.

Yüksək təşkilatçılıqla müşayiət olunan yarışın ilk günündə tntənəli açılış mərasimi keçirilib. Klubumuzun güləş komandasının baş məşqçisi Elvin Aslanov və vitse-prezident Rauf Quliyev çıxış edərək bu turnirin ənənəvi olacağını qeyd edib, bütün iştirakçılara uğurlar arzulayıblar. Kuboka qonaq qismində tanınmış güləş ustaları, sabiq idmançılar, bir sıra idman qurumlarında yüksək vəzifə tutan şəxslər qatılıblar. Hər kəs təşkilatçılıqla bağlı müsbət fikirlər söyləyib, “Zirvə” Beynəlxalq İdman klublarının Azərbaycanda idmanın inkişafı üçün gördüyü işləri, həyata keçdirdikləri layihələri təqdir edib, minnətdarlıqlarını bildiriblər.

Yarışda görüşlər maraqlı mübarizə şəraitində keçib. Ölkənin bir çox güclü idman məktəblərinin nümayəndələrinin qarşılaşmasını izləmək böyük zövq idi. Yaşlarının az olmasına baxmayaraq, yarışçılar sona qədər təslim olmur, məşqçi-müəllimlərinin tapşırıqlarını yerinə yetirməyə çalışırdılar.

Nəticələrə gəlincə, Elvin Aslanovun rəhbərlik etdiyi “Zirvə” Beynəlxalq İdman Klublarının gülş komandası rəqiblərini üstələyərək komanda hesabında 1-ci yeri tutub v ilk Zirvə Kubokunun qalibi adına yiyələniblər. 2-ci pillədə Gəncə, 3-cü yerdə isə Abşeron idman Məktəbləri qərarlaşıblar.

Klubumuzun güləş komandasının bütün üzvlərini təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

 

Bütün çəki dərəcəlri üzrə qalib və medalçıların siyahısı ilə tanış olun:

 

2005-07-ci illər

35 kq

  1. Vasif Bağırov (Gəncə)
  2. Kərim Mustafazadə (Mingəçevir)
  3. Rəvan Rəhimli (Gəncə), Nihat Əkbərli (Təhsil).

 

38 kq

  1. Kamran Məmmədov (Gəncə)
  2. Kamal Əhmədzadə (Zirvə)
  3. Sadiq Hüseynov (Gəncə), Mirnicat Seyidov (Zirvə).

 

41 kq

  1. Cavid Seyidov (Xaçmaz)
  2. Hüseyn Hüseynov (Zirvə)
  3. Vəlirza Vəliyev (Təhsil), Camal Abbasov (Gəncə).

 

44 kq

  1. Ramiz İsmayılzadə (Əlincə)
  2. Vüsal Nuruşzadə (Çempion)
  3. Elmar Ağayev (Təhsil), Namiq Abbasov (Təhsil).

 

48 kq

  1. İlham Hüseynov (Zirvə)
  2. Vasif Xuduyev (Abşeron)
  3. İbrahim Mehdiyev və Riad Xlilov (hər ikisi – Gəncə).

 

52 kq

  1. Sübhan Səfərli (Mingəçevir)
  2. Murad Məmmədyarlı (Abşeron)
  3. Fərid Məmmədli və Mehman Səmədzadə (hər ikisi – Abşeron).

 

57 kq

  1. Ağanəzər Novruzov (Zirvə)
  2. Emil Xəmmədov (Çempion)
  3. Səid Nəsirov (Zirvə), Nahid Əhmədov (Əlincə).

 

62 kq

  1. Mina Əliyev (Gəncə)
  2. İsmayıl Əsədli (Gəncə)
  3. Ayaz Möylamov (Mingəçevir), Həsən Səfərli (Zirvə).

 

68 kq

  1. Rəvan Musayev (Şüa)
  2. Nahid Əsgərov (Sərhədçi)
  3. İbrahim Məmmədov (Turan), Amin Əhmədzadə (FHN).

 

75 kq

  1. Abdullah Şərif (Təhsil)
  2. Elnar İsayev (Gəncə)
  3. Tural Behbudov (Çempion), Amin Qulamov (Masallı).

 

2008-2010-cu illər

23 kq

  1. Rəsul Məmmədov (Zirvə)
  2. Yusif Abdullayev (Xaçmaz)
  3. Rza Əkbər (Lənkəran), Süleyman Şirinov (Xaçmaz)

 

26 kq

  1. Həzrət Müzəffərov (Gəncə)
  2. Məhərrəm Rzayev (Gəncə)
  3. Rəvan Həsənzadə (Şamaxı), Asim Əliyev (Əlincə).

 

29 kq

  1. Həsən Həsənov (Gəncə)
  2. İbrahim Həsənov (Gəncə)
  3. Samid Huseynov və Zabit Xəlilov (hər ikisi – Gəncə)

 

32 kq

  1. Kənan Bünyatov (Zirvə)
  2. Rəhman Əliyev (Lənkəran)
  3. Salman Salmanov (Gəncə), Bəharəddin Kərimli (Abşeron)

 

35 kq

  1. İsa Yusibov (Gəncə)
  2. Rəvan Cahangirli (FHN)
  3. Şöhrət Ocaqov (Təhsil), Nürəddin Mustafayev (Zirvə)

 

38 kq

  1. Şahin Yaqublu (Bərdə)
  2. Tunar Nəsibov (Gəncə)
  3. Yaqub Suleymanli və Məhəmməd Şirinli (hər ikisi – Abşeron)

 

41 kq

  1. Rufiq Verdiyev (Gəncə)
  2. Səyyad Məcnunlu (Zirvə)
  3. Əli Huseynov (Zirvə), Nicat Həmidov (Çempion)

 

44 kq

  1. Nicat Suleymanli (Təhsil)
  2. Ömər Niftəliyev (Çempion)
  3. Hüseyn Məmmədli (Zirvə), Polat Neymətov (Təhsil)

 

48 kq

  1. Hüseyn Səmədli (Mingəçevir)
  2. Nurlan Əsədov (Zirvə)
  3. Cavid Xəlilov və Rüfət Abbasov (hər ikisi – Gömrükçü)

 

52 kq

  1. Səid Paşayev (Zirvə)
  2. Abdurrahman Şərif (Gömrükçü)
  3. Mahir Əliyev və Əli Əhmədov (hər ikisi – Zirvə)

 

ŞƏKİLLƏR

SHARE