“Gizlənpaç” filminin qala gecəsi keçirilib

Bir çoxlarının uzun müddətdir gözlədiyi, baş rollarını yumor ustası Müşfiq Şahverdiyev, ilkin Misgərli və Zarina Qurbanovanın paylaşdığı “Gizlənpaç” filminin qala gecəsi keçirilib. AAAF Parkın baş sponsorluğu ilə yayımlanan romantik komediya janrındaki filmin rejissoru Elmir süleymanovdur. Qırmızı xalı üzərində yeriyən aktyor kollektivi ilə yanaşı, yaradıcı heyət də filmin çətinlikləri, ön plana çıxan məqamlar və son dövrdə ekranlarda özünəməxsus yer tutan komediya filmləri sırasında “Gizlənpaç”ın rolunu vurğulayıb. Filmin aktyorları ilə digər layihələrdə yer almış həmkarlar da xoş gün münasibətilə onları təbrik edib, uğurlarının axarlı olmasını arzu ediblər.

Gecənin sonunda aktyorlar öz ürək sözləri söyləyib. Qeyd edək ki, baş rolda Müşfiq Şahverdiyevin iştirak etdiyi ”My name is İntiqam 1” və “My name is İntiqam 2” filmlərii də AAAF Parkın baş sponsorluğu ilə çəkilib.

SHARE