Gimnastlarımızdan gözəl çıxış: həm fərdi, həm də komanda yarışlarında fəxri kürsüdə

18-19 noyabr tarixlərində Mingəçevir bədii gimnastika üzrə 23-cü Azərbaycan Birinciliyi və 3-cü Bölgələrarası Kubok keçirilib. İki gün davam edən yarışlarda “balacalar” (2006-2008), “yeniyetmələr” (2004-2005) və “gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edib. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, Sərhədçi İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil ediblər.
Turnirdə “Zirvə” İdman Klubunun nümayəndələri də məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxış ediblər. Gənc gimnastlarımız bu mötəbər yarışda uğur qazanaraq bizi sevindiriblər. Onlar fərdi yarışlarda bir gümüş və bir bürünc, həmçinin qrup yarışlarında komanda olaraq gümüş medal əldə ediblər.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışlarda balaca gimnastlar – alətsiz, ip, halqa ilə; “yeniyetmələr” – halqa, top, gürzlər və lentlə; “gənclər” – ip, halqa, top və gürzlərlə çıxışlar nümayiş etdiriblər.

BALACALARIN YARIŞI
Regionlarası Kubok yarışında 2006-cı il təvəllüdlü gimnastlarımızdan;
Səmədli Fatimə alətsiz çıxışda 5,050 xalla 7-ci, iplə çıxışda 5,800 xalla 4-cü, halqa ilə çıxışda 3,600 xalla 8-ci yeri tutub.
Ocaqlı Aytac alətsiz çıxışda 5,900 xalla 5-ci, iplə çıxışda 4,600 xalla 6-cı, halqa ilə çıxışda 3,950 xalla 7-ci yeri tutub.
Kərimova Çinarə alətsiz çıxışda 5,100 xalla 6-cı, iplə çıxışda 3,000 xalla 8-ci, halqa ilə çıxışda 5,000 xalla isə 3-cü yeri tutaraq bürünc medal qazanıb.
Kərimova Zərifə alətsiz çıxışda 5,050 xalla 7-ci, iplə çıxışda 3,350 xalla 7-ci, halqa ilə çıxışda 4,650 xalla 7-ci yeri tutub.

Regionlarası Kubok yarışında 2007-ci il təvəllüdlü gimnastlarımızdan;
Əlizadə Duyğu alətsiz çıxışda 5,600 xalla 9-cu, iplə çıxışda 3,950 xalla 7-ci, halqa ilə çıxışda 4,600 xalla 5-ci yeri tutub.
Əliyeva Nəzrin alətsiz çıxışda 7,200 xalla 7-ci, iplə çıxışda 1,700 xalla 11-ci, halqa ilə çıxışda isə 5,150 xalla 2-ci yeri tutub və gümüş medala sahib çıxıb.

Regionlarası Kubok yarışında 2008-ci il təvəllüdlü gimnastlarımızdan;
Nəcəfova Nərmin alətsiz çıxışda 5,850 xalla 9-cu, iplə çıxışda 2,900 xalla 8-ci, halqa ilə çıxışda 3,700 xalla 7-ci yeri tutub.

Açıq Azərbaycan birinciliyində 2008-ci il təvəllüdlü gimnastlarımızdan;
Nəcəfova Nərmin alətsiz çıxışda 5,850 xalla 17-ci, iplə çıxışda 2,900 xalla 17-ci, halqa ilə çıxışda 3,700 xalla 16-cı yeri tutub.

YENİYETMƏLƏR YARIŞI
Açıq Azərbaycan birinciliyində gürzlə fərdi yarışlarda gimnastlarımızdan;
Süleymanlı Aytac 4,700 xalla 18-ci, Rzazadə Fatimə 3,450 xalla 24-cü yeri tutub.
Açıq Azərbaycan birinciliyində halq fərdi yarışlarda gimnastlarımızdan;
Süleymanlı Aytac 5,200 xalla 19-cu, Rzazadə Fatimə 3,450 xalla 23-cü yeri tutub.
Açıq Azərbaycan birinciliyində lentlə fərdi yarışlarda gimnastlarımızdan;
Süleymanlı Aytac 4,650 xalla 18-ci, Rzazadə Fatimə 3,350 xalla 23-cü yeri tutub.
Açıq Azərbaycan birinciliyində topla fərdi yarışlarda gimnastlarımızdan;
Süleymanlı Aytac 3,600 xalla 26-cı, Rzazadə Fatimə 3,900 xalla 24-cü yeri tutub.

Bununla yanaşı, balacalarımız qrup şəklində çıxışlarda da iştirak edərək uğur əldə ediblər. Süleymanlı Səriyyə, Səmədli Fatimə, Kərimova Zərifə və Ocaqlı Aytacdan ibarət komandamız möhtəşəm performans nümayiş etdiriblər. Onlar gözəl çıxışlar birinciliyin gümüş medalına sahib çıxıblar.

“Zirvə” İdman Klubunun adını zirvələrə qaldıran hər bir gimnastımıza, bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, gələcək bütün yarışlarda da yaxşı nəticələrlə dönmələrini arzulayırıq!

SHARE