Gimnastımız Regionlararası Kubokda bürünc medal qazandı

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok, eyni zamanda Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunub.Artıq 4-cü dəfədir təşkil olunan Bölgələrarası Kubokda İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt şəhərinin yetirmələri yer alıblar.

Kubokda balacalar alətsiz və halqa ilə, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdiriblər.İştirakçılar arasında çox sayda “Zirvə” gimnastları da olub. Regionlararası Kubokda bir qızımız fəxri kürsüyə yüksəlməyi bacarıb.2009-cu il təvəllüdlü qızların çoxnövçülük yarışında Dəniz Əsgərova alətsiz və iplə hərəkətlərdə bacarığımı nümayiş etdirib və yarışın bürünc medalına sahib çıxıb.Qrup yarışında da iştirak edən komandamız 17 klub arasında yüksək 5-ci yeri tutmağı bacarıb.

Qrup üzvlərimiz Şəms Qabilzadə (2008-ci il), Fidan Həsənova (2009), Nuray Quliyeva (2009), Dəniz Əsgərova (2009), Zəhra Cəfərova (2008) olub. Maraqlıdır ki, bütün iştirakçılar çıxışlarını başa vurandan sonra yaşı 20-dən çox olan sabiq gimnastlar da tamaşaçılar üçün çıxış edib. Məşqçimiz Rəfiqə Əliyeva da məharətini göstərib.

 

SHARE