Ölkəmizdə təxminən 70 illik tarixi olan idman növlərindən biri də bədii gimnastikadır. Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Xüsusilə də, 2002-ci ilin oktyabrında Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlətimizin bu siyasətinə dəstək məqsədilə AAAF PARK Yaşayış Kompleksində müasir standartlara cavab verən Gimnastika Zalı inşa edilərək istifadəyə verilmişdir. 140 yerlik tribunası olan zalda məşqlər və yarışların keçirilməsi üçün hər cür şərait vardır. İşıqlandırma, istilik sistemi, təchizat, paltardəyişmə otaqları, bir sözlə, maddi-texniki bazası ən yüksək səviyyədədir. Burada “Zirvə” İdman Klubunun məşqçi heyətinin nəzarəti altında 50-yə yaxın gənc qızımız bədii gimnastika sirrlərinə yiyələnir, ölkə səviyyəli yarışlarda çıxış edirlər. Zalda artıq dörd ildir ki, yarışlar da keçirilir. Ölkə gimnastikasının elitasından olan qonaqların da izlədiyi “Zirvə Oyunları” turniri böyük marağa səbəb olmuşdur.

Sizləri qızlarınızı peşəkar müəllimlərə tapşırmağa, aktyorluq, balet, musiqi və pantomim kimi növləri özündə ehtiva edən bu zərif idman növündə güclərini sınayıb, uğurlar qazanmağa dəvət edirik. Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam həyat sürməsi, daxili və beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməsi fəxr və qürurdur.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana və telefon nömrəsinə müraciət edə bilərsiniz:

Telefon: 050 889 80 43

İdman xəbərləri