Gəlinlik seçərkən bunlara diqqət edin

Toy həmişə xanımların həyatında ən vacib və dəyərli xatirəyə çevrilir. Bu anı əbədiləşdirmək üçün xanımlar hər detala önəm verir, həmin günə qədər hər bir şeyi xırdalığına kimi ölçüb-biçir.

Toya hazırlaşan xanımların ən böyük problemi isə gəlinlik seçimidir. Dəb, seçim çoxluğu, vaxt qısalığı, keyfiyyət və qiymət kimi məsələlər onların işini çətinləşdirir, toy həyəcanını biraz da artırır. Gəlinlik seçərkən mütəxlif məqamlara diqqət yetirilməlidir. Onlardan birincisi bədənin quruluşudur. Bədən quruluşuna bələd olan hər kəs gəlinlik seçiminin miqyasını kiçildə bilər. “Altun Studio” gözəllik salonunun saç və vizaj ustası Elmira Soltanova AAAF TV-yə müsahibəsində gəlinlik seçimində xanımların diqqət etməli olduğu nüanslardan, eyni zamanda, burada təklif edilən gəlinlik xidmətindən söhbət açıb.

Bu il orta qabarıqlıqda, yaxud balıq ətək modellər, tül üzərinə müxtəlif formalı büllur muncuq işləmələri dəbdədir. AAAF Parkda yerləşən “Altun Studio” gözəllik salonunda saç və vizaj xidmətindən istifadə edən xanımlara gəlinliklər 50 % endirimlə təklif edilir. Odur ki, əziz xanımlar, seçiminizi “Altun Studio”dan etmək həm sərfəli, həm də keyfiyyətli seçim imkanı yaradır.

SHARE