Futbol və tennissevərlərin diqqətinə!

AAAF Parkda 42 x 22 metr ölçülərdə 2 mini futbol meydançası və 42 x 22 metr ölçüdə 1 tennis meydançası fəaliyyət göstərir.
AAAF Park Yaşayış Kompleksi idmanla sıravi həyatın ideal vəhdətidir. Buranın sakinləri və qonaqları asudə vaxtlarını səmərəli keçirmək üçün yetərincə imkana malikdirlər. Futbol oynamaq üçün məhz buraya gələn azyaşlıların sevinc hissi açıq-aşkar hiss olunur.

Futbol qədim dövrlərdən bəri oynanan idman növüdür. Məlumata görə, qədim Romada, Böyük Novqorodda, Fransa və İngiltərədə ayaqla top oynamışlar. Lakin o oyunlar indiki futbola çox az oxşayırdı. 1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşaraq mübahisə edirlər ki, futbolu “yalnız ayaqla” oynasınlar, yoxsa “ayaq və əllə”? “Yalnız ayaqla” oyun tərəfdarları öz ittifaqlarını yaratdılar və bununla da ayaq ilə oynanan idman növü “futbol” inkişaf etməyə başladı.

Tennis iki nəfərlik komanda arasında oynanılan oyun olub, 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Azərbaycanda ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycann Tennis Federasiyası yaradılmışdır. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Rezin topu rəqib tərəfə vurmaq üçün hər oyunçu yalnız Tennis oyununa məxsus olan xüsusi raketkalardan istifadə edir.

AAAF Park tərəfindən sizlər üçün həm futbol, həm də tennis oynamaq imkanı yaradılb. Daha coşğulu və həyəcanlı anlar yaşamaq üçün AAAF Parka üz tutun.

Xidmətlərimizdən yararlanmağa tələsin!

SHARE