Film çəkilişləri üçün əla məkan – “AAAF Park”!

Öz fərqliliyi ilə seçilən AAAF Park Yaşayış Kompleksi getdikcə populyarlaşmaqdadır. Xüsusi gözəlliyə və maraqlı dizayna malik bu məkan müxtəlif filmlərin çəkiliş meydanına çevrilir, tanınmış rejissor və aktyorlar tərəfindən rəğbətə səbəb olur.

Geniş parkı, maraqlı dizaynda restoranları, əyləncə mərkəzləri, attraksionları, futbol meydançası və tennis kortu, idman klubları, “Fitness & Spa” mərkəzi, “Zirvə” Liseyi, Uşaq İdman Akademiyası, məşhur brend mağazaları, bərbərxanası, böyük “Makromart”ı, üzgüçülükdən tutmuş şahmat kurslarına qədər hər şeyin bir arada toplandığı AAAF Park film çəkilişləri üçün mükəmməl yerdir.

“Həyat sən nə qəribəsən” serialı, Fərda Xudayevdiyevin “Yumurta ”filmi, Müşviq Şahverdiyevin “My name is İntiqam” kinokomediyası, müxtəlif kanalların əyləncəli verilişlərinin məhz “AAAF Park”da çəkilməsi buna misaldır. Çəkilişlərin aparılması üçün hər cür şəraitə malik olması Kompleksimizin gələcəkdə də bu məqsədlərlə istifadə edilməsinə imkan yaradır.

SHARE