Fazilə İmanova da qüvvəsini sınadı

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Milandakı birincilikdə Azərbaycan yığma komandası iştirak edir. Millimizin üzvlərindən biri – Fazilə İmanova da körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan qızların mübarizəsində 53 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 50 kq nəticə ilə 9-cu, təkanla qaldırma hərəkətində də 66 kq-la 9-cu yeri tutub. Toplam 116 kq (50+66) nəticə ilə Fazilə İmanova Avropa birinciliyində 9-cu pillədə qərarlaşıb.

SHARE