“Esdem Accessories” AAAF Parkda

AAAF Parkda “Esdem Accessories” aksessuar və bijuteriya mağazası fəaliyyət göstərir. Burada eyni zamanda gümüş əşyalara, VEF şirkətinin billur mallarına da rast gələ bilərsiniz.
Bijuteriya bəzək əşyaları xanımların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Onun istehsalında ən müxtəlif metallardan, nazik və rəngli şüşələrdən, o qədər də baha olmayan daşlardan, plastmas, keramika və s. istifadə edilir.

“Esdem Accessories” müştərilərinə allergiya verməyən rodium təbəqəli, svarovski daşlarla işlənmiş, qızıl suyuna çəkilmiş və zərgərlik əşyalarından görünüşcə heç də geri qalmayan bijuteriyalar təqdim edir.

Zövqlü xanımlar xarici görünüşünü, geyinəcəyi libası nəzərə alaraq “Esdem Accessories” da hər zövqə uyğun sırğa-üzük dəstləri, boyunbağları, bilərziklər, saç aksessuarları, təbii daşlardan hazırlanmış, klassik və müasir üslubda bijuteriyaları seçmə imkanına malikdirlər.

Məhşür fransız modelyer Coco Chanel demişdir: “Qızıl və daş – qaşı hamı taxır, bijuteriyanı isə yalnız yüksək zövqlü insanlar.”
Bütün xanımları AAAF Parkda yerləşən “Esdem Accessories” mağazasından alış veriş etməyə dəvət edirik.

SHARE