Ən güclü pauerliftinqçilər AAAF Parkda yarışdılar!

Martın 12-13-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirildi. “Zirvə” Beynəlxalq İdman Klubunun bu idman növünə artıq ənənə halını alan təşkilati dəstəyi ilə baş tutan turnirdə ölkəmizin bütün bölgələrindən yüzə yaxın qadın və kişi idmançılar medal mübarizəsinə qoşuldular.
Çempionat üçnövçülükdə keçirilib. Yəni iştirakçılar benç-press, dedlift və oturub-durmada, xüsusi paltarlı yarışıblar.

Turnir çox maraqlı mübarizə şəraitində keçib. Bir çox titullu Avropa və dünya çempionlarımız, bu turnirlərin dəfələrlə mükafatçıları olmuş atletlər qüvvələrini sınayıblar. Kişilərdə 75 və 82 kq çəki dərəcələrində Azərbaycan rekordu yenilənib, qarşıdakı yarışlara böyük ümid verilib.

Bu çempionat 21-24 apreldə Rostovda həvəskarlar, 6-12 iyun tarixlərində peşəkarlar arasında Mançesterdə keçiriləcək Avropa çempionatı, həmçinin avqustda hər iki versiya üzrə Novosibirskdə keçiriləcək dünya çempionatına sınaq xarakteri daşıyıb.

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE