“Ən gözəl uşaq müsabiqəsi”nin qalibləri bəlli oldu

AAAF Parkda keçirilən “Ən gözəl uşaq” müabiqəsi başa çatdı və qaliblər bəlli oldu. Müsabiqə may ayının əvvəli başlamışdı, şərtləri sadə idi. Belə ki, hər kəs övladının AAAF Parkda çəkdirdiyi şəkli kompleksin “Feysbuk” ünvanına yollamalı idi. Ən çox bəyənilmə toplayan ilk üç şəkil müsabiqənin qalibi olub. Qaliblər üçün hədiyyələr də nəzərdə tutulub. 1-ci yerə 300 AZN, 2-ci yerə 150 AZN, 3-cü yerə isə 100 AZN-lik kupon hədiyyə olunub. Hədiyyələr qaliblərə AAAF Parkda keçirilən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü konsertində təqdim edilib. 1-ci yerin qalibi Tuncay Əbülfətzadə və ailə üzvləri ürək sözlərini AAAF TV ilə bölüşüb. Qeyd edək ki, AAAF Parkda mütəmadi olaraq bü cür müsabiqələr keçirilir. Qaliblər kuponları bir ay ərzində AAAF Parkda yerləşən attraksionlarda və əyləncə mərkəzlərində istifadə edə və əyləncə dolu anlar yaşaya bilərlər.

SHARE