Elxan Əliquluzadə “Qalib ol”un qonağı oldu

Noyabrın 20-28-də ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında çıxış edən Elxan Əliquluzadə böyük uğur qazandı. “Zirvə” Beynəlxalq İdman Klubunun atleti 77 kq çəki dərəcəsində körpücük üzərinə çıxaraq təkanla qaldırma hərəkətində gümüş medal qazandı. “Lənkəran-Zirvə” nümayəndəsi həm də bu çəkidə təkanla qaldırma hərəkətində gənclər arasında dünya və Avropa rekordunu da yenilədi.

Bu səbəbdən Elxan Əliquluzaəd ilə söhbətləşmək, onun karyerası, ağır atlet ailəsi haqda danışmaq qərarına gəldik. “İnterAz” Televiziyasında yayımlanan “Qalib Ol” verilişinin qonağı olan gənc atletlə çox maraqlı müsahibə alındı. Veriliş həm də AAAF TV-də yayımlandı.

SHARE