Elnarə Abbasova çempion oldu!

“Zirvə“ Beynəlxalq İdman Klubunun filialları arasında keçirilən “9-cu Zirvə Kuboku”nda yarışlar davam edir. Yaşı 18-ə qədər olan qadınların medal mübarizəsi də başa çatıb. Fəxri kürsünün hər üç pilləsində Azərbaycan atleti yer alıb.

Qızıl medalı əldə etmək üçün son yanaşma bitənə qədər gərgin mübarizə yaşanıb. Sinkleyr cədvəli ilə cəmi bir neçə xal üstünlük Qazax-Zirvə nümayəndəsi Abbasova Elnarəyə çempionluq gətirib. O, toplam 190 kq (85+105) nəticə və 254.66 xalla bütün rəqiblərini qabaqlayıb.

İkinci pillədə də qazaxlı idmançı – Əlizadə Gülçin yer alıb. O, toplam 165 kq (75+90) nəticə və 246.67 xalla gümüş medala sahib çıxıb. Üçüncü yeri isə ondan cəmi 1,5 xal geridə qalan Səbinə Əzimova tutub. Bir neçə gün əvvəl İsveçin Landskoran şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olmuş “Lənkəran-Zirvə” atleti toplam 155 kq (70+85) nəticə və 245.29 xalla bürünc medal əldə edib.

Y Adı İl Klub Ölkə Çəkisi Birdən Təkanla Toplam Xal
1. Abbasova Elnarə 1997 Qazax Azərbaycan 59.4 85 105 190 254.66
2. Əlizadə Gülçin 1997 Qazax Azərbaycan 67.3 75 90 165 246.67
3. Əzimova Səbinə 2000 Lənkəran Azərbaycan 60.2 70 85 155 245.29
4. Zeynep Atakan 1998 Ankara Türkiyə 60.4 71 96 167 228.40
5. Qamze Yayla 2000 Ankara Türkiyə 54.6 69 80 149 219.40
6. Vanya Luxova 1999 Smolyan Bolqarıstan 50.0 68 90 158 215.34
7. İbrahimova Firuzə 1997 Sumqayıt Azərbaycan 64.9 70 87 157 215.20
8. Büşra Nur Dalmızrak 1998 Ankara Türkiyə 62.2 70 83 153 209.70
9. Emine Sarıtoprak 1997 Ankara Türkiyə 60.7 64 81 145 198.30
10. Məmmədova Sona 1999 Qazax Azərbaycan 53.6 71 80 151 196.80
11. Diana Naqornyuk 1997 Jidaçiv Ukrayna 71.8 73 85 158 193.75
12. Elif Ünal 1998 Ankara Türkiyə 60.2 65 73 138 191.00
SHARE