Elməddin Hüseynov qızıl medala sahib çıxdı

“Zirvə” Beynəlxalq İdman Klubunun Astarada təşkil etdiyi ağır atletika üzrə “9-cu Zirvə Kuboku”nda ilk yarış günü başa çatıb. Avqustun 29-da körpücük üzərinə son olaraq yaşı 14-ə qədər olan oğlanlar çıxıblar. Azərbaycanı təmsil edən klubların nümayəndələri əbəs yerə favorit sayılmadıqlarını sübut ediblər.

“Şamaxı-Zirvə” Klubunun nümayəndəsi Hüseynov Elməddin toplamda 178 kq (76+102) nəticə göstərib. Bununla o, Sinkleyr cədvəli üzrə 303.9 xal toplayıb və qızıl medala sahib çıxıb.

Gümüş və bürünc medal isə “Lerik-Zirvə” atletlərinə qismət olub. Alxasov Əlimərdan toplam 215 kq (95+120) nəticə və 298.9 xalla ikinci, Əliyev Füqan isə 179 kq (79+100) nəticə və 293.6 xalla bürünc medal qazanıblar.

Təbrik edirik!

Y Adı İl Klub Ölkə Çəkisi Birdən Təkanla Toplam Xal
1. Hüseynov Elməddin 2001 Şamaxı Azərbaycan 50.20 76 102 178 303.9
2. Alxasov Əlimərdan 2001 Lerik Azərbaycan 65.65 95 120 215 298.9
3. Əliyev Füqan 2001 Lerik Azərbaycan 52.65 79 100 179 293.6
4. Baxışov İsmayıl 2001 Qobustan Azərbaycan 59.90 86 107 193 286.2
5. Quvir Maksim 2001 Kişinyov Moldova 57.00 81 100 181 278.6
6. Cavadov Ömər 2002 Masazır Azərbaycan 32.00 46 53 99 266.9
7. Mironov Konstantin 2001 Kazan Rusiya 70.90 88 105 193 255.2
8. Artyom Qritsenko 2002 Kişinyov Moldova 60.60 78 90 168 247.0
9. Usubov Kamran 2001 Neftçala Azərbaycan 48.20 60 77 137 242.4
10. Arsen Ayvazov 2001 Jidaçiv Ukrayna 55.90 69 80 149 232.9
11. Heydərov Cavid 2002 Neftçala Azərbaycan 44.85 55 67 122 230.5
12. Həsənov Fuad 2003 Lənkəran Azərbaycan 31.70 38 46 84 229.0

 

SHARE