Elmar Alıyev: “Məşqçimin üzərimdəki əməyi böyük oldu”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Körpücük üzərinə çəkisi 56 kq olan kişilər çıxıblar. 56 kq çəki dərəcəsində isə təcrübəli Elmar Alıyev toplam 202 kq (92+120) nəticə ilə qızıl medala sahib çıxıb. Yarışın qalibi olan Elmar öz sevinc hislərini AAAF TV ilə bölüşməyi də unutmayıb:

“Yarış çox yüksək səviyyədə keçirilir. Azərbaycan Ağır Atletika Federasiyasına bu yarışı təşkil etdiyi üçün minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, ilk yeri qazandım. Məşqçim isə atam Akif Aliyevdir, üzərimdə çox əziyyət çəkib. Çalışır ki, beynəlxalq yarışlarda medal qazanaraq Azərbaycanın bayrağını yüksəklərə qaldırım. Biz də çalışacayıq ki, növbəti ildə Avropa və dünya çempionatlarında medallar qazanaq”.

 

SHARE