Elmar Alıyev: “Medala ümidim çox idi”

12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. İlk yarış günündə 56 kq çəkidə Azərbaycanı Elmar Aliyev təmsil edib. Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub. O, zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib. Toplam 233 kq (103+130) nəticə göstərən Elmar, bu çəki dərəcəsində 6-cı yeri tutub.
Elmar Aliyev yarışdan sonra AAAF TV-yə müsahibə də verib. O yarışla bağlı təəssüratlarını belə bölüşüb: “Medala ümidim çox idi. Məşqlərdə çox əziyyət çəkmişdim və hazırlıq zamanı etdiyim nəticəni göstərə bilsəydim, ən azı üçüncü yerə sahib ola bilərdim. Əslində, bu, idman şanssızlığı idi: birdən qaldırmada əlim yırtıldı, təkanla qaldırmada isə ayağımdan zədə aldım. İnşallah, növbəti yarışlarda belə şanssızlıq olmaz”.

SHARE