“AAAF Park” Yaşayış Kompleksində “İstedadlı Əlillər” İctimai Birliyinin təşkilatçılığı ilə əl işlərindən ibarət sərgi və musiqi istedadlı fiziki məhdud insanların konserti təşkil olundu. Millət Vəkili Qənirə xanım Paşayeva tədbirin fəxri qonağı idi.
Qənirə Paşayeva ilk öncə istedadlı əlillərin əl işləri, rəsm əsərləri ilə tanış oldu. Ən qiymətli hədiyyənin kitab olduğunu vurğulayan millət vəkili “İstedadlı Əlillər” İctimai Birliyinin üzvlərinə və “AAAF Park” Yaşayış Kompleksinin rəhbərliyinə öz kitablarını hədiyyə etdi. Bu gün fiziki imkanları məhdud minlərlə insanın olduğunu, həmin insanların ruh düşkünlüyünə qapanaraq cəmiyyətdən təcrid olunduğunu söyləyən millət vəkili, əslində bu insanlar üçün belə bir tədbirləri təşkil etməyin tək dövlət səviyyəsində deyil, siravi insanların da daim diqqət mərkəzində olmalı olduğunu dilə gətirdi.
Qənirə xanım təşkilatçılığa görə “İstedadlı Əlillər” İctimai Birliyinə və bu layihəyə dəstək göstərən “AAAF Park” Yaşayış Kompleksinə təşəkkürünü bildirdi. Fiziki imkanları məhdud insanlarda ruh yüksəkliyi yaradacaq bu kimi sərgi, konsert və görüşləri tez-tez təşkil etməyin vacibliliyini vurğuladı.
Xatırladaq ki, əlilliyi olan istedadlı insanların əl işlərinin sərgisi və musiqi istedadı olan fiziki məhdud insanların konsertinin təşkil edilməsi “Fiziki məhdud istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layhənin bir hissəsidir. “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən təşkil olunan bu təbdir Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “AAAF Park” Yaşayış Kompleksinin isə təşkilati dəstəyi ilə həyata keçirildi.
“AAAF Park” Yaşayış Kompleksi olaraq bildirmək istərdik ki, fiziki imknaları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını əsas tutaraq təşkil olunan bu kimi tədbirlərə hər zaman öz dəstəyinimizi göstərəcəyik.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions