Dünyanın bir çox ölkələrində peşəkar tibbi xidməti ilə seçilən Dünyagöz Xəstəxanası AAAF Park Yaşayış Kompleksində vətəndaşların 2 günlük ödənişsiz müayinəsini təşkil edib. Xəstəxananın tibbi heyət üzvləri gözündə problemi olan vətəndaşları dinləyib, onları müayinə edərək lazımi bilgiləri çatdırıblar.
Həmçinin müayinədən keçən hər bir şəxsə Dünyagöz Xəstəxanasının 10% -lik endirim kuponlarını da təqdim olunub.
Qeyd edək ki, müayinəyə gələn AAAF Park Yaşayış Kompleskinin sakinləri və şəhərciyimizin qonaqları bu addımı yüksək qiymətləndirərək AAAF Parka və Dünyagöz Xəstəxanasına təşəkkürlərini bildiriblər.