Dünyagöz Xəstəxanası AAAF Parkda ödənişsiz müayinə aparacaq

Təcrübəli tibbi işçi heyəti və mükəmməl texnologiyaya malik olan Dünyagöz xəstəxanası AAAF Parkda vətəndaşların ödənişsiz müayinəsini həyata keçirəcək.

Müayinələr sentyabrın 23-ü və 24-ü tarixlərində saat 12:00-dan 19:00-a dək aparılacaq.

Gözündə problemi olanlar və bu sarıdan əziyyət çəkənlər xəstəxananın ödənişsiz müayinəsindən yararlana bilər.

Pulsuz müayinə üçün AAAF Parkın baş ofisinin birinci mərtəbəsinə yaxınlaşa bilərsiniz.

SHARE