Dünya birinciliyində uğur qazanan ağır atletlər Vətənə qayıdıb

ABŞ-ın Las Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində tarixi uğur qazanan yığma komandamız Bakıya qayıdıb. Onlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi təşkil olunub. Cəngi sədaları altında Vətənə ayaq basan ağır atletlərimiz üçün həm də milli rəqslər ifa edilib.

İdmançıların yaxınları, ağır atletika ictimaiyyətinin üzvləri, məşqçi və mütəxəssislər, həmçinin AAAF-ın rəhbərliyi də qarşılanma mərasimində iştirak ediblər.

Ağır atletilərimiz yarış barədə təəssüratlarını AAAF TV ilə bölüşüblər.

AAAF-ın baş katibi Rizvan Rəsulov və ağır atletika üzrə yığma komandanın baş məşqçisi Asif Məmmədov AAAF TV-yə müsahibə verərək idmançıların dünya birinciliyindəki çıxışlarını yüksək qiymətləndirib və bunu ölkə ağır atletika tarixinə qızıl hərflərlə yazılan uğur adlandırıblar.

Qeyd edək ki, Azərbaycan yığma komandası Las-Veqasdakı dünya birinciliyini toplam 6 medalla başa vurub. 55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərərəsində Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən qaldırma, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla fərqlənib. Sonda isə Rəhman Kazımov təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE