DİQQƏT! MÜHAFİZƏÇİ TƏLƏB OLUNUR!

AAAF Park Yaşayış Kompleksinə mühafizəçi tələb olunur.

Tələblər:

• Xanımlar və bəylər
• Yaş həddi: 18-30
• Ali təhsil və ya natamam-ali təhsil (kollec)
• Mühafizəçi vəzifəsində iş təcrübəsi arzuolunandır
• Azərbaycan dilini səlist, rus və ingilis dilini bilməsi arzuolunandır
• Oğlanlar hərbi xidməti bitirmiş;
• Fiziki cəhətdən sağlam, dözümlü, xoş xarici görünüş sahibi, idman bədən quruluşlu, nəzakətli, diqqətli, çalışqan və məsuliyyətli olmalıdır
• Hər hansı bir döyüş sənətinin sahibinə üstünlük veriləcəkdir
• Şirkətin nizam-intizam qaydalarına riayət etməlidir.
• Abşeron rayonu, Xırdalan şəhərəi ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əsas vəzifələr:
• Təyin olunmuş müddət ərzində müəssisə ərazisində yoxlama həyata keçirmək;
• Mühafizə olunacaq ərazi və obyektlərin tam təhlükəsizliyini təmin etmək;
• Mühafizə olunacaq ərazi və obyektlərin maddi dəyərlərinin qorunmasını təmin etmək;
• Qeydə alınan mənfi hallar barədə birbaşa rəhbərliyə məlumat vermək;
• Müştərilərin, sakinlərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırıb və aidiyyatı üzrə yönəltmək;
• Yaranan problemlərlə bağlı bilavasitə rəhbərinə məruzə etmək;
• Rəhbərinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirməkdir.

Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət.
• Əmək haqqı – 350.00 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “mühafizəçi” qeyd edərək öz CV-lərinizi ulker.agayeva@aaafholding.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Xırdalan ş. Heydər Əliyev pr 167 AAAF Park Yaşayış Kompleksi
Tel: (050) 256-62-72 / Email: ulker.agayeva@aaafholding.az

SHARE