DİQQƏT: AAAF PARK SAKİNLƏRİ ZİRVƏ OYUNLARNDA İŞTİRAKA DƏVƏT EDİLİR!

5-28 may 2019-cu il tarixlərində AAAF Park Yaşayış Kompleksinin (Xırdalan və Astara) yarış zallarında yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş VII ZİRVƏ OYUNLARI keçiriləcək. “Zirvə” İnternational Sport Clubs-ın nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış artıq böyük ənənə halını almaqdadır.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Builki yarışlarda 20 idman növü – ağır atletika, atçılıq, atletika, badminton, basketbol, boks, tennis, cüdo, futbol, gimnastika, sərbəst və yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, stolüstü tennis, taekvondo, üzgüçülük və çimərlik voleybolunda medal mübarizəsi olacaq. Yarışlarda Azərbaycan Respublikasının şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirvə” İnternational Sport Clubs-un klub və bölmələrinin, həmçinin klubun ölkə xaricindəki bölmələrinin və digər əcnəbi idmançı və atletlərin arasından həkim müayinəsindən keçmiş, seçilmiş idmançılar iştirak edə bilərlər.

Klubumuz AAAF PARK SAKİNLƏRİ ÜÇÜN BÖYÜK ŞANS YARADIR. Belə ki, yaşı 14-ə qədər olan, yuxarıda adı çəkilən 20 növdən istənilən biri ilə məşğul olan hər bir sakinimiz bu yarışlarda iştirak edə, həm özünü sınaya, həm də hədiyyələr qazanmaq imkanı əldə edə bilər. Müraciət ediləndən sona həmin şəxslərin yarışda iştiraka hazır olub-olmadığı mütəxəssislər tərəfindən müəyyən edilib, müvafiq qərar əsasında buraxılacaqlar.

İştiraka müraciət üçün son tarix 30 aprel 2019-cu ildir.

Ünvan: AAAF Park Yaşayış Kompleksi, Mərkəzi ofis binası, idman şöbəsi.

Əlaqə üçün telefon nömrəsi: (050) 632-58-85

SHARE