DİQQƏT! Sakinlərin nəzərinə!

Hazırda AAAF Park Yaşayış Kompleksində elektrik enerjisinin fasiləsiz təminatının şirkətimizdən “Azərişıq” ASC-yə təhvil-təslimi prosesi aparılır. Daxili xətlər dəyişdirilir, Kompleksin ərazisində olan iki transformator yenilənir, həmçinin Xırdalanda yeni istifadəyə veriləcək yarımstansiyaya qoşulma üçün işlər bitmək üzrədir. Bu proses zamanı elektrik enerjisinin verilməsində fasilələrin olması təbiidir. Hazırda cəmi 4 binada bu problem var, o da artıq aradan qaldırılmaq üzrədir.

Bununla yanaşı, problemlərin yaranmasında sakinlərin, daha doğrusu, istifadə etdikləri elektrik enerjisi və istiliyə görə borclarını ödəməyən, bilərəkdən ödəmək istəməyən sakinlərin də günahı az deyil. İşlərin aparılması böyük vəsait tələb edir. O şəxslər də bu vəsaiti ödəməyəndə külli miqadarda rəqəm alınır, şirkət də artıq bunun öhdəsindən gələ bilmir. Borcların ödənilməsi çətinlikləri daha tez aradan qaldırmağa kömək edəcək.

SHARE