Diqqət! Ölkə ictimaiyyətinin nəzərinə!

AAAF Park nə ayrıca şəhər, nə ayrıca rayon, nə də ayrıca qəsəbədir. AAAF Park Xırdalan şəhərinin içərisində kiçik bir yaşayış kompleksidir. Bu kompleksin bütün bu və ya digər problemləri bilavasitə Xırdalanın bütün ölkəyə məlum olan problemləri ilə əlaqəlidir. Yəni, istər enerji təminatı, istər təbii qaz, istərsə də digər məsələlərlə bağlı narahatlıqlar Xırdalan şəhəri ilə əlaqəlidir. Bütün şəhərin problemlərini AAAF Parka yükləmək sadəcə qərəzdir.

Bəli, AAAF Parkın özünün daxili problemləri də var. Ancaq onların kökündə əsasən sakinlərin müəyyən bir qisminin tutduğu anormal mövqe rol oynayır. Göstərilən xidmətlərə, həmçinin müqavilə öhdəliklərinə görə etməli olduqları ödənişləri etmədikləri üçün şirkəti iri məbləğli ziyana salır, digər vətəndaşların da narahatlığına səbəb olurlar. Üstəlik, bəzi məlum qüvvələrin gərginlik yaratma cəhdləri də əlavə dağıdıcı rol oynayır.

AAAF Park Yaşayış Kompleksi dövlətimizin qanunlarına zidd heç bir fəaliyyət aparmır və bu səbəbdən də ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi heç bir şeyi yoxdur. Qurum olaraq daima bütün KİV orqanlarının üzünə açığıq. Həmçinin bird aha qeyd edirik ki, öz fəaliyyətimizi dövlətin bütün aidiyyatı qurumları ilə koordinasiyalı qurur və aparırıq.

SHARE