DİQQƏT! MÜŞTƏRİLƏRİN NƏZƏRİNƏ!

Ölkənin tikinti sektorunda yaranmış obyektiv və subyektiv problemlər AAAF Park Yaşayış Kompleksi olaraq bizdən də yan keçmir. Müəyyən çətinliklər var və bu obyektiv çətinliklərlə bağlı aidiyyatı qurumlara, eyni zamanda, bu problemləri bilavasitə həyatında hiss edən müştərilərimizə məlumat olaraq bildirmiş, izahatımızı vermişik. Problemin aradan qalxmasında ən çox maraqlı olan tərəf məhz bizik və bunun üçün əlimizdən gələni edirik.

Atılan addımlar, görülən tədbirlər yaxın vaxtlarda öz təsirini göstərəcək və çətinliklər tədricən həllini tapacaqdır. Bizdən mənzil alan hər bir müştərimizin haqq və hüquqlarına hörmətlə yanaşır, onların hisslərini anlayır, düşdükləri vəziyyəti öz vəziyyətimiz hesab edirik. Və bəyan edirik ki, problemin həlli KİV nümayəndələrindən yox, məhz şirkətin özündən asılıdır. Biz isə əlimizdən gələni edirik.

Təşəkkürlər!

SHARE