Diqqət! İctimaiyyətin nəzərinə!

AAAF PARK Yaşayış Kompleksi daima sakinlərinin yanında olmuş, onların problemlərinin həlli üçün maksimum səy göstərmiş, maddi zərərlər hesabına da olsa, çox sayda çətinliklərin arxada qoya bilmişdir. Bütün bunlar edilərkən, nə komunal, nə də ki digər xidmətlərlə bağlı qanunsuz və əsaslandırılmamış heç bir tədbir görülməmişdir və hazırda da görülmür. Atılan bütün addımlar, edilən bütün müdaxilələr Azərbaycan Respublikasının qanun və qaydalarına tam uyğundur.

Ancaq bu gedişata mane olmaq istəyən şəxslər də az deyildir. Zəruri ödənişləri etmədən yaşamağa adət etmiş bəzi sakinlərimiz öncə “aksiyalar” təşkil edib, müəyyən KİV-lərə dezinformasiyalar sızdırırdılar, sonra isə aidiyyatı qurumlara əsassız şikayətlərə üz tuturdular. Ancaq hər dəfəsində də bu şəxslər öz layiqli cavablarını alaraq ifşa olunur, geri çevrilirdilər. Bir çoxu hətta etdikləri qanunsuz əməllərə görə məsuliyyətə cəlb olunma təhlükəsi yaşayacaqlarını anlayıb, sonra üzr istəyərək çirkin əməllərindən geri çəkiliblər.

Hazırda da növbəti təxribatla üz-üzəyik. Artıq yayılan bu video və səsləndirilən təhrif olunmuş, yanlış iddiaların sahibinə qarşı şirkətimiz hüquqi və inzibati prosedurlara start verib. Nəticələr haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

SHARE