AAAF Park Yaşayış Kompleksinə baş energetik vəzifəsinə işçi tələb olunur!
Tələb olunur:
* Müxtəlif güclü yarımstansiyaların nəzarətdə saxlanılması, istismarı və texniki xidməti;
* Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
* Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq hesablama işləri;
* Aidiyyatı dövlət qurumları ilə işlərin aparılması;
* Aylıq elektrik enerjisi sərfiyyatlarının yazılması və yığılmasının təşkili;
* İdarə etdiyi şöbənin həftəlik, aylıq və illik hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Tələb olunan bilik və bacarıqlar:
* Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
* Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
* Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
* Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
* İdarəetmə, komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
* Müvafiq sahə üzrə ali təhsil;
* Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.
Əlaqə üçün telefon: (050) 256-62-00.
Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167. AAAF Park Yaşayış Kompleksi.