Diqqət! 12 saylı küçəyə də qazın verilişi təmin edilib!

AAAF Park Yaşayış Kompleksində binaların məişət qazı ilə təmin edilməsi prosesi yüksək sürətlə davam etdirilir. Artıq daha bir küçədə bu iş yekunlaşdırılıb.
12 saylı küçədə sayğaclaşma, müvafiq sənədləşmə işləri qısa müddətdə başa çatdırılmış, açılışa hazır vəziyyətə gətirilmişdi. Artıq dünən – dekabr ayının 25-də bu küçədəki bütün binalara – 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 saylı binalara qazın verilişi təmin edilib. Bu binalarda ümumilikdə 316 mənzildə yaşayan sakinlər məişət qazından istifadə edə biləcəklər.
Proses davam etdirilir. Ən qısa zamanda, AAAF Park Yaşayış Kompleksinin ərazisindəki qazı olmayan digər küçələrdə də əhali qazla təmin ediləcəkdir.

SHARE