“Dalğa” restoranı yay mövsümünə keçid etdi

AAAF Park Yaşayış Kompleksində yerləşən “Dalğa” retoranı yay mövsümü ilə bağlı açıq havada fəaliyyətə başlayıb. Gəmiyə oxşar dizaynlı restoranın ikinci mərtəbəsində yeni masalar quraşdırılıb. Bundan əlavə, “Dalğa” restoranı yeni menyusu ilə də qonaqlara xidmət siyahısını genişləndirib. Qeyd edək ki, “Dalğa” resrtoranında açıq havada banketlərin keçirilməsinə başlanıb. Restoranın birinci mərtəbəsi də 60 nəfərlik banketlərin keçirilməsi üçün əlverişli və rahat məkandır. “Dalğa” restoranı özünəməxsus dizaynı, yeni menyusu, fərqli aurası ilə AAAF Parkın sakin və qonaqlarının xidmətindədir.

SHARE