“Dalğa” balıq restoranında “Suşi”

AAAF Parkın nəzdində müxtəlif balıq təamlarının təqdimi ilə tanınan “Dalğa” balıq restoranı Yapon milli mətbəxinin incisi olan “Suşi” növlərini menyuya daxil edib. Fərqli dadı ilə bütün dünyada məşhur olan bu yemək növü artıq “Dalğa” balıq restoranında da müştərilərə təklif edilir.

Xüsusi estetik görünüşü və özünəməxsus hazırlanma üsulu olan, əsasən çiy balıq tərkibli suşini Azərbaycanda da kifayət qədər sevənlər var. Dünyada 500-ə yaxın növü məlum olan suşi “Dalğa” balıq restoranında, illərdir bu sahədə mütəxəssisləşən aşpaz Ramin Baxşiyev tərəfindən hazırlanır.

Ramin bəy bu təamın yanında təqdim etdiyi əlavə inqrediyentləri də özünün hazırladığını vurğulayıb, vasabi, soya sousu kimi dadlandırıcıların mahiyyətini AAAF TV-yə müsahibəsində bildirib.

SHARE