AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı start götürüb. Yarışda ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Kişilərin mübarizəsində körpcük üzərinə ilk olaraq çəkisi 56 kq olan atletlər çıxıblar. Gözlənildiyi kimi, MOİK atleti Alıyev Elmar rəqiblərini üstələyib və qızıl medal əldə edib. Fəxri kürsünün ikinci və üçüncü pillələrində isə “Zirvə” idmançıları yer alıblar. Mirzəyev Emin gümüş, Xəlilov Kənan bürünc medala sahib çıxıb.
İdmançılar və məşqçilərimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!
Nəticələrlə tanış olun:
1. | Alıyev Elmar | 1987 | MOİK | 55.80 | 104 | 135 | 239 |
2. | Mirzəyev Emin | 1997 | Zirvə | 55.00 | 92 | 111 | 203 |
3. | Xəlilov Kənan | 1999 | Zirvə | 55.60 | 98 | 105 | 203 |
4. | Əliyev Füqan | 2001 | Zirvə | 55.50 | 85 | 110 | 195 |
5. | Səmədzadə Səməd | 1998 | Zirvə | 53.25 | 85 | 96 | 181 |
6. | Məmmədov İsmayıl | 2000 | Zirvə | 53.65 | 83 | 95 | 178 |
7. | Qəzənfərov Mehman | 1995 | UGF | 55.70 | 75 | 95 | 170 |
8. | Əhmədov Esmin | 1996 | TİM | 54.95 | 76 | 0 | 0 |