Dəniz Cabbarlı və İsmayıl Xansuvarlı Zirvə Oyunlarının qalibləridirlər

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” ilk yarış günü arxada qalıb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatıldığı turnirdə oğlanlarda günün sonunda körpücük üzərinə çəkisi 38 və 42 kq-a qədər olan yeniyetmələr çıxıblar.

Toplam 99 kq (44+55) nəticə göstərən Dəniz Cabbarlı 38 kq, toplam 117 kq (52+65) nəticə göstərən İsmayıl Xansuvarlı isə 42 kq çəki dərəcəsində üstünlyünə şübhə yeri qoymayaraq qalib adını qazanıblar.

38 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Cabbarlı Dəniz 2006 Lənkəran Zirvə 36.6 44 55 99
2. Kazımov Ramiz 2006 Neftçala Zirvə 35.6 43 52 95
3. Şəfizadə Aydın 2009 Qazax Zirvə 36.4 42 52 94
4. Teyyubov Fərid 2006 Bakı Təhsil 36.4 41 51 92
5. Bayramov Əbdürəhman 2008 Xırdalan Zirvə 37.2 40 51 91
6. Mirzəyev Mirzağa 2008 Lerik Zirvə 36.7 40 51 91
7. Tağızadə Mehdi 2007 Lənkəran Zirvə 37.8 40 49 89
8. İmanov Orxan 2007 Lerik Zirvə 37.0 39 50 89
9. Qaragözov Allahverdi 2009 Qazax UGİM 38.0 32 44 76
10. Bayramov Yunis 2008 Sumqayıt Təhsil 37.9 26 32 58
11. Əliyev İsa 2009 Lerik Zirvə 35.8 38 0

 

42 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Xansuvarlı İsmayıl 2006 Lənkəran UGİM 42.0 52 65 117
2. Abdullayev Akif 2007 Xırdalan Zirvə 41.9 49 61 110
3. Hacıyev Möhlət 2006 Lənkəran Zirvə 41.9 44 59 103
4. Vəliyev Nihad 2006 Gəncə Təhsil 41.4 44 58 102
5. Qasımov Şərif 2005 Qazax Zirvə 40.8 50 50 100
6. Allahverdiyev Ömər 2005 Şamaxı Zirvə 40.3 43 53 96
7. Mustafayev Murad 2006 Qazax UGİM 42.0 41 51 92
8. Rzayev Nicat 2006 Bakı Təhsil 40.8 40 45 85
9. Əhədov Vüsal 2007 Lənkəran Zirvə 41.0 32 42 74
10. Babayev Nicat 2007 Lənkəran Zirvə 40.0 33 40 73
11. Quliyev Emil 2006 Bakı Təhsil 42.0 0

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE