Cüdoçularımızdan növbəti uğur

Sərhədçi Olimpiya İdman Kompleksində U-13 – U-15 kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyi keçirilib. Üç gün davam edən yarışda 43 klubdan 420 yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Onların içərisində “Zirvə” İdman Klubunun yetirmələri də olub.Sevindirici haldır ki, iki cüdoçumuz uğurla çıxış edərək Azərbaycan birinciliyinin mükafatçısı olublar.27 kq çəki dərəcəsində Turac Vəlizadə yarışıb. “Abşeron-Zirvə” cüdoçusu bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsüyə qalxıb.Qızların 25 kq çəki dərəcəsi üzrə mübarizəsində klubumuzu Nərmin Soltanova təmsil edib. O, final görüşündə qalib gəlməklə qızıl medala sahib çıxıb.

SHARE