Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdinə öncül idman növlərindən biri də cüdodur.

Cüdo (Cü – yumşaq, Do – yol) — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur.

Böyük tarixi ənənələri olan bu idman Azərbaycanda çox populyardır. Olimpiya, dünya və Avropa çempionları yetişdirmiş ölkəmiz bu mənada planetin ən yaxşıları sırasındadır.

“Zirvə” Klubu da bunu nəzərə alaraq Kompleksimizin cüdo zalında bu idman növü üzrə məşqlər təşkil etmişdir. Tanınmış mütəxəssis Hətəm Əhmədovun rəhbərliyi altında cüdonun sirrlərinə yiyələnən gənclər gələcək uğurların təməlini qoyurlar. Yüksək səviyyəli məşqlər sayəsində uşaqlarınız həm sağlam qalmaq, həm də özünümüdafiə üsullarına yiyələnməl şansı əldə edirlər.

Klubumuzun nümayəndələri müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında, çox sayda beynəlxalq yarışlarda uğur qazanıblar. Bəzi cüdoçularımız Bakıda keçirilən ilk Avropa Oyunlarında da iştirak etmək hüququ qazanıblar.

Sizin övladlarınızın da eyni yüksəlişə nail olmasını istəyirsinizsə, bizə müraciət edin.

Ətraflı məlumat üçün

Telefon: 055 766 16 56

İdman xəbərləri