Cüdo üzrə açıq “Zirvə” birinciliyi keçirilib

AAAF Park Yaşayış Kompleksinin yarış zalında cüdo üzrə yeniyetmə oğlanlar arasında ənənəvi açıq “Zirvə” birinciliyi keçirilib. Yarışda 2004-06-cı il təvəllüdlü yeniyetmə idmançılar iştirak edib. Təxminən yüzə yaxın cüdoçunun tatami üzərinə çıxdığı kubokda 7 komanda 10 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb. Yarış maraqlı mübarizə şəraitində keçib. 3 qızıl və 4 bürünc medal qazanan “Sumqayıt-Zirvə” təmsilçiləri bütün rəqiblərindən üstün olaraq mütləq qalib adını qazanıblar. Növbəti yerləri müvafiq olaraq “Fərid İK” və “Abşeron-Zirvə” tutub. I-II-III yerləri tutan idmançılar “Zirvə» Beynəlxalq Idman Klubunun diplom və medalları ilə mükafatlandırıblar.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here