Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdinə öncül idman növlərindən biri də cüdodur. Klubda 2012-ci ildən – az zamandır fəaliyyət göstərməsinə baxmayaraq artıq Şamaxı, Masazır, Bakı, Sumqayıt və Xırdalanda “Zirvə” idman klubunun cüdo zalları var. AAAF TV olaraq klubun Masazırda olan filialına baş çəkdik və buradakı cüdo dərsləri ilə tanış olduq. Burada təcrübəli mütəxəssis Hətəm Əhmədovun rəhbərliyi altında cüdonun sirlərinə yiyələnən gənclər gələcək uğurların təməlini qoyurlar.
Masazır filialında cüdo dəsrləri həftədə üç dəfə olmaqla 2, 4 və 6-cı günlər saat 17:00-dan 19:00-a kimi keçirilir.