Cizgi filmi və nağıl qəhrəmanlarının AAAF Park sərgüzəştləri – FOTOLAR

May ayının 10-da AAAF Parka Yaşayış Kompleksində böyük qələbəlik vardı. Minlərlə sakin və qonağımız buradakı istirahət və əyəncə imkanlarından yararlanmaq üçün axışmışdı. Xüsusilə, uşaqların çox olacağını nəzərə alaraq maraqlı bir müsabiqə elan etmişdik.

Uşaqların sevimlilərindən olan “Maşa və ayı”, “Mikki və Mini”, “Calliou”, “Pepe”, “Şrek” və “Limon” kimi personajları Kompleksimizin müxtəlif yerlərində bölüşdürmüş, balacaların onlarla şəkil çəkdirmək, xoş anlar yaşamasına şərait yaratmışdıq. Sevindiricidir ki, bu istəyimiz özünü artıqlaması ilə doğrultdu. Yüzlərlə uşaq bu cizgi filmi və nağıl qəhrəmanları ilə bir araya gəldilər, şəkil çəkdirdilər. Bu anları kənardan izləmək də bizim üçün çox xoş oldu.

Müsabiqənin şərtlərinə əsasən bu personajlarla istənilən biri ilə şəkil çəkdirib, AAAF Park-ın rəsmi “Feysbuk” (https://www.facebook.com/aaafpark) səhifəsinə göndərmək lazım idi. Nəticədə kimin şəkli daha çox “bəyəndim” toplasa, “Limulənd Uşaq Əyləncə Mərkəzi”ndən hədiyyə qazanacaqdı.

Qaliblər 15 may 2015-ci il tarixində https://www.facebook.com/aaafpark feysbuk səhifəmizdə elan olunacaqdır.
Personajların AAAF Parkdakı “sərgüzəştləri”ni əks etdirən fotoları sizə təqdim edirik:

SHARE