Çinli iş adamları AAAF Parkın qonağı oldular

Çinli iş adamları AAAF Park Yaşayış Kompleksinin qonağı olublar. Səfər zamanı onlar təsisçi Tofiq Heydərovla görüşüblər. Səmimi keçən görüşdə gələcək əməkdaşlıq müzakirə edilib. Daha sonra çinli qonaqlarımız AAAF Parkın ərazisini gəzib, burada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin fəaliyyəti, həmçinin tikintinin gedişi ilə tanış olublar.

Çinli iş adamı Şü Cilay Kompleksimizlə bağlı təəsüratlarını AAAF TV ilə bölüşüb: “Mən Çindən gəlmişəm. Parkların və fəvvarələrin dizaynı üzrə mütəxəssisəm. Üç gündür ki, buranı gəzirəm. Parkı çox bəyəndim. Mən çox təəcüb etdim, çünki bura cənnət kimi bir yerdir. Çox sevindim ki, buranın rəhbəri yaradıcı bir insandır və insanlar üçün bu cür şərait yaradıb”.

Cilay əməkdaşlıq çərçivəsində həyata keçirə biləcəyi layihələrindən də danışıb: “Əvvəllər də Bakıya səfər etmişəm. Bu cür yaradıcı bir insanla tanış olmaq mənim üçün şərəfdir. Əlbəttə ki, mən çox istəyirdim ki, əməkdaşlıq edib layihələr üzərində çalışaq. Çox arzu edirəm ki, burada yüksək səviyyəli işlər həyata keçirək. Biz çalışırıq ki işlərimiz yüksək standartlara cavab versin”.

Çinli iş adamı səfər çərçivəsində AAAF Park Astaraya da yollanacaq.

SHARE