AAAF TV-də yayımlanan “Cin bala” verilişinin növbəti buraxılışı efirə yayımlanıb. Verilişin budəfəki buraxılışında mövzu mövsümlə əlaqədar olaraq üzgüçülük olub. Üzgüçülüyün uşaqlara faydasından və üzərkən nələrə diqqət etməli olduqlarından danışılıb. Veriliş AAAF Parkda yerləşən “Zirvə” üzgüçülük mərkəzində çəkilib.
Qeyd edək ki, AAAF TV-də yayımlanan “Cin bala” verilişi 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Verilişdə əsas məqsəd maarifləndirici mövzular ətrafında danışmaq, əylənərək öyrənməkdir. Hər həftə uşaqlara maraqlı olan mövzular ətrafında söhbət edilir, cizgi film və “Bilməli” adlı rubrika yayımlanır.Verilişdə iştirak edən qonaq uşaqlarla maraqlı söhbət edərək onlara faydalı məsləhətlər verir.