“CBC Azərbaycan” kanalı AAAF Park Yaşayış Kompleksi haqqında qısametrajlı film çəkib. Filmdə Kompleksimizin bütün üstün tərəfləri nümayiş etdirilib, əyləncə və idman mərkəzləri, yaşayış binaları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, AAAF Park təhsil, tədris, istirahət, idman baxımından unikal, dövrünü qabaqlayan, müasir, çoxfunksiyalı məkandır.
Azərbaycanın ilk beynəlxalq televiziyası olan, öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edən, ən əsası bunu beş dildə – Azərbaycan, rus, fars, ingilis və erməni dillərində edən CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.
Həmin qısametralı filmi sizə təqdim edirik.