“Çayrud” kafesi yay fəslində

AAAF Parkda fəaliyyət göstərən “Çayrud” kafesi keyfiyyət və xidmət cəhətdən ön plandadır. Yay fəsli ilə əlaqədar olaraq kafenin xaricində, masalar quraşdırılıb. Orijinal quruluşu ilə fərqlənən, Azərbaycan mətbəxini yaşıllığın və sakitliyin hakim olduğu bir mühitdə qonaqlara təqdim edən “Çayrud” kafesi yenilənmiş menyusu və dizaynı ilə hər kəsin zövqünü oxşayır. Doğma ab-havanı xatırladan məkan artıq açıq havada da yüksək səviyyəli servis xidmətilə qonaqları məmnun edir.

Restoranın xaricində açıq havada istifadəyə verilən məkan ad günü, müxtəlif şənliklərin və tədbirlərin keçirilməsi üçün idealdır. “Çayrud” kafesi adi günlərdə də istirahət üçün əlverişli və qiymət baxımından sərfəli məkandır.

Operativ və gülərüz personal, yüksək səviyyəli peşəkar xidmət göstərən “Çayrud” kafedə dad – tam keyfiyyətinin şahidi olub, əsl kənd ab-havasında istirahət edə bilərsiniz.

SHARE