“Çayrud” kafedə ağız dadınıza uyğun qutab bişirilir

AAAF Parkda fəaliyyət göstərən “Çayrud” kafe ailəvi istirahətin, o cümlədən milli və Avropa mətbəxinin ən ləziz təamlarını dada biləcəyiniz məkandır. Orijinal quruluşu ilə fərqlənən, yaşıllığın və sakitliyin hakim olduğu bir mühiti ilə fərqlənən “Çayrud” kafe yenilənmiş menyusu ilə də hər kəsin zövqünü oxşayır. Burada artıq bir müddətdir ki, açıq havada və sac üzərində bişirilən qutablar də hazırlanır. Ağız dadınıza uyğun qutabların qiyməti də çox münasibdir.

Qutablar o qədər ləzizdir ki, qısa müddət ərzində “Çayrud” kafeyə xeyli müştəri üz tutub və onlar qutabların hazırlanmasından və dadından çox məmnundurlar.

Yüksək səviyyəli peşəkar xidmət göstərən “Çayrud” kafedə dad – tam keyfiyyətinin şahidi olub, əsl kənd ab-havasında istirahət edə bilərsiniz.

SHARE