“Canbala” yeni ad və formatda AAAF TV ekranlarında

Ötən mövsümdən AAAF TV-nin efirindən yaddaşlarda qalan uşaq verilişi yeni mövsümdə aparıcı Elnarə Hacıyevanın təqdimatında tam fərqli şəkildə qarşınızda olacaq. Yeni ad və formatda yayımlanacaq “Canbala” verilişi bu dəfə özünəməxsus mövzular, balaca qonaqlar və rəngarəng elementlərlə göz oxşayacaq. Uşaq qruplarının ifasında milli rəqslər, cürbəcür oyunlar və balacaların zehnini inkişaf etdirəcək süjetlər “Canbala” verilişində sizi gözləyəcək. Həftənin yalnız bir günü – şənbə günü saat 18:10-da efirə gedəcək verilişdə iştirak etmək istəyən balaca dostlarımızın valideynləri bu nömrələrlə əlaqə saxlaya bilərlər.

* 64 64 , (012) 310 0 410

SHARE