Bu il AAAF Parkda qeyd olunan müqəddəs Qurban Bayramı yaddaşlardan silinməyəcək!

AAAF Park “Müşviq” uşaqlarının gözü ilə!

AAAF Park Yaşayış Kompleksində bu il qeyd olunan müqəddəs Qurban Bayramı yaddaşlardan silinməyəcək. 25 sentyabrda “Limunand” Uşaq Əyləncə Mərkəzinin  “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları üçün hazırladığı sürprizlərin ardı-arası kəsilmədi.  Sevilən cizgi film qəhrəmanlarından olan Maşa və Ayı, Şrek, Mikki və Mini Mausu görən uşaqlar sevinclərini gizlədə bilmədilər.  “Uzun ayaqlı adam”ın şouları,  “Ekzotik şou”nun rəngbərəng göyərçinləri,  “Sehirbaz”ın esrarəngiz oyunları, “Janqlyor”un maraqlı nömrələri, “Köpük şou”da isə uşaqların durmadan əylənmələri nəinki balacaların, hətta ətrafdan tamaşa edən böyüklərə də gözəl əhval-ruhiyyə bəxş etdi.  Uşaqlar sevdikləri cizgi film qəhrəmanları ilə “Limuland” Uşaq Əyləncə Mərkəzində olan bütün oyun aparatlarında asudə vaxtlarını keçirdilər. Tədbir uşaq qruplarının rəqsləri, aparıcının duzlu zarafatları və sonda bilik yarışması ilə yekunlaşdı.

“İstedadlı Əlillər” İctimai Birliyinin rəhbəri Qubad Qasımov uşaqlar üçün yaradılan bu bayram tədbirinin təşkil olunmasına görə AAAF Park Yaşayış Kompleksinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Hər zaman fiziki məhdud insanlara göstərilən diqqət və qayğıya görə  bu məkanın seçildiyini xüsusilə vurğuladı.

Xatırladaq ki, uşaqların inkişafı, sağlam mühitdə böyüməsi və asudə vaxtlarını səmərəli təşkil olunması üçün AAAF Park İstirahət və Əyləncə Mərkəzində bir çox imkanlar yaradılıb. Bu imkanlarla yanaşı, həm də sosial tədbirlərə ev sahibliyi edən kompleksdə xeyriyyə tədbirləri daim təşkil olunacaqdır.

SHARE