Bu gün AAAF Parkda “Şəhadət” sənədli filminin nümayişi olacaq

Bu gün AAAF Park Yaşayış Kompleksində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi olacaq. Mərasim saat 18:30-da kompleksimizin “Zirvə” restoranı ərazisində təşkil olunacaq.

“Şəhadət” sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizm təsirinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist – terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur. Filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

SHARE